|
XƏZƏRİN ENERJİ RESURSLARINDAN MƏNFƏƏTLƏNMƏYƏ DOĞRU YOL
Xəzər Neft və Qaz Konfransı – neft və qaz sektoru və onunla əlaqəli sahələrdə fəaliyyət göstərən müxtəlif şirkətlər üçün özlərini rəqabətə davamlı təqdim etməklə, yeni işgüzar münasibətlər yaratmaq və mövcud əməkdaşlıq əlaqələrini genişləndirmək imkanıdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Xəzər Neft və Qaz Konfransının digər konfranslardan fərqli cəhəti onun respublikada bu tipli yeganə neft və qaz tədbiri olmaqla, uzunillik zəngin təcrübə və yüksək təşkilatçılıq statusu və respublika hökuməti tərəfindən hərtərəfli dəstəyə malik olmasıdır. Bu tədbirdən neft, qaz və enerji sahəsinin istər nüfuzlu iri şirkətləri, istərsə də bu sahəyə yenicə qədəmlərini qoyan şirkətlər faydalana bilər!
Nəyə görə məhz Xəzər Neft və Qaz Konfransı?
- Ölkədə bu tipli yeganə neft və qaz tədbiri və respublika hökuməti tərəfindən hərtərəfli dəstək
- Dünyanın müxtəlif ölkələrini təmsil edən aparıcı neft və qaz mütəxəssisləri ilə təcrübə mübadiləsi
- Geniş şəbəkə yaratmaq imkanı
- 20 sponsor
- 500 konfrans iştirakçısı
- Almaniya, İtaliya, Yunanıstan, Fransa, Norveç, Türkiyə, Böyük Britaniya, ABŞ və digər dövlətlərdən geniş ticarət missiyaları
Rəsmi Dəstək
Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi |
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti |
|

|

|

|
Konfransda Müzakirə Olunan Əsas Mövzular
- Enerji təhlükəsizliyi təminatında Xəzər regionunun rolu
- Xəzər regionunda kəşfiyyat və hasilat perspektivləri
- Xəzər regionu dövlətləri arasında əməkdaşlıq. Regiona investisiya qoyuyluşu
- Xəzərin neft və qaz ehtiyatlarının mənimsənilməsi və dünya bazarlarına nəqli
- Ekologiya və ekoloji təmiz texnologiyalar
2009-cu ilə dair Faktlar
- İştirakçıların sayı: 450
- Təmsil olunan dövlətlərin sayı: 26
Əsas Məruzəçilər
- Natiq Əliyev, Azərbaycan Respublikasının Sənaye və Energetika Naziri
- Hüseynqulu Bağırov, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri
- Trayço Traykov, Bolqarıstanın İqtisadiyyat, Energetika və Turizm Naziri
- Aleksandr Xetaquri, Gürcüstanın Energetika Naziri
- Heynz Hilbreçt, Avropa Komissiyası Enerji Təchizatının Etibarlılığı Departamentinin Direktoru
- Anqus Miller, Böyük Britaniya Xarici İşlər Nazirliyinin Xəzər Regionu Enerjisi Üzrə Məsləhətçisi
- Vaslav Bartuşka, Çexiya Respublikası Xarici İşlər Nazirliyinin Enerji Təhlükəsizliyi üzrə Səfiri
|