Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия




Sənaye xəbərləri

Azərbaycan neft bitumunun istehsalını 7% artırıb

Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində 1 345,6 mln. manatlıq məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, il ərzində 1 237,7 min ton avtomobil benzini, 609,6 min ton ağ neft, 2 366,5 min ton dizel yanacağı istehsal edilib. Avtomobil yollarının çəkilişi üçün mühüm əhəmiyyətə malik olan neft bitumunun istehsalı 2009-cu ildə 7,2% artıb və 236,2 min ton təşkil edib. Neft emalı müəssisələrinin anbarlarında 48 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 20,7%-i qədər hazır məhsul olub.

Bununla yanaşı, 2010-cu il yanvarın 1-i vəziyyətinə əsas istehlakçılarda 1,5 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 15,4% çox sürtgü yağları, 1,7 min ton və ya 6,2% çox maye qazlar, 4,5 min ton və ya 21,6% çox neft bitumu, 9,5 min ton və ya 26,7% çox daş kömür, 17,1 min ton və ya 22,1% çox avtomobil benzini, 18,6 min ton və ya 39,9% çox dizel yanacağı, 340,9 min ton və ya 4,4% az mazut yanacağı ehtiyatları olub.

URL http://www.apa.az/news.php?id=175855

bütün xəbərlər





XƏBƏRLƏR
PLATİN SPONSOR
QIZIL SPONSOR
SPONSORLAR





















































KOMMUNİKASİYA TƏRƏFDAŞI
Azerfon-Vodafone
SIĞORTA TƏRƏFDAŞI
Pasha Sigorta
TEXNİKİ DƏSTƏK
CASPEL
KREATİV TƏRƏFDAŞ
Krea
MARKETİNQ ARAŞDIRMA TƏRƏFDAŞI
SIAR
VALYUTA MƏZƏNNƏSİ
  04/09/2010 05/09/2010
USD 0.8035 0.8035
EUR 1.0276 1.0300
GBP 1.2400 1.2391
RUR 0.0261 0.0262
HAVA



Caspian Oil & Gas Conference is Copyright © 2000-2010 Bütün hüquqlar qorunur. Hosted by VebTek